AZ

İspaniyanın İsrailə görə “Avroviziya”da iştirak etməyəcəyi təsdiqləndi

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

İsrail “Avroviziya” mahnı müsabiqəsində iştirak etsə, İspaniya müsabiqəyə qatılmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, İspaniyanın Televiziya və Radio şirkəti “RTVE” məlumat yayıb.

Beləliklə, 2026-cı ildə keçiriləcək “Avroviziyada” mahnı müsabiqəsində İsrailin iştirak edəcəyi təqdirdə, İspaniyanın yarışı tərk edəcəyi təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın mədəniyyət naziri Ernest Urtasun İspaniyanın sözügedən mahnı müsabiqəsini boykot edə biləcəyini deyib. Ümumilikdə 5 ölkə - Niderland, Sloveniya, İslandiya, İrlandiya və İspaniya İsrailin qatılacağı halda, “Avroviziya”da iştirak etməyəcəyini təsdiq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
bakivaxti.az

4Mənbələr