AZ

At gücü 160 dan yuxarı olan maşınlar bahalaşacaq Rusiyada yeni qayda

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada utilizasiya rüsumu səbəbindən bəzi avtomobillərin qiyməti kəskin artacaq.

Milli.Az xəbər verir ki, Rusiyada bəzi avtomobillərin qiyməti utilizasiya rüsumunun hesablanma metodikasının dəyişdirilməsi nəticəsində artacaq.

Yeni metodikaya əsasən, rüsum mühərrikin həcmi üzrə deyil, gücü üzrə hesablanacaq. Bu barədə "Avtostat"ın direktoru Sergey Tselikov məlumat verib.

Onun sözlərinə görə, avtomobillər müxtəlif dərəcədə bahalaşacaq. Bəzi modellərin qiyməti o qədər çox qalxacaq ki, onların Rusiyaya gətirilməsi məntiqsiz olacaq, digərləri isə cüzi bahalaşacaq.

Top-10 siyahıya populyarlığına görə daxil olan avtomobillər belədir:

Geely Monjaro

Toyota RAV4

BMW X3

BMW X5

Hyundai Palisade

BMW 5 seriyası

Toyota Highlander

Kia Sorento

Kia Carnival

Hyundai Santa Fe

Rus avtomobil istehsalçıları "KamAZ", GAZ və "Sollers" utilizasiya rüsumunun hesablanma metodikasını sərtləşdirməyi təklif ediblər. Həmçinin şirkətlər xarici avtomobillərin fiziki şəxslər tərəfindən idxalına verilən güzəştləri məhdudlaşdırmaq istəyirlər. Məqsəd, az gəlirli və zəngin təbəqələr üçün avtomobil idxalını qanuni şəkildə məhdudlaşdırmaqdır.

"Avtomarketolog" agentliyinin hesablamalarına görə bu təşəbbüs nəticəsində artıq yüksək səviyyədə olan avtomobil qiymətləri 22-40% arası qalxa bilər.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
news.milli.az

2Mənbələr