AZ

“Açıq şəkildə satılan bu məhsullardan uzaq durun” – Ekspert

Nazirlər Kabinetinin 94 saylı qərarına görə Azərbaycan əmtəə bazarında satılan bütün mallar, bütün ərzaq malları, o cümlədən göyərtilər, turplar, katroflar, toyuq, balıq və.s hamısı qablaşdırılmalıdır. Onun etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, istehsalçı firma və. s olmalıdır.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, belə qərar olmasına baxmayaraq, buna nəzarət edilmir, hər yerdə açıq şəkildə, mənşəyi məlum olmayan, istehsal və son yararlılıq tarixi göstərilməyən məhsullar satılır:
“Çox təəssüflər olsun ki, müasir ticarəti dəstəkləyən qabaqcıl ölkələrin təcrübəsinə çatmağı hədəf tutan bu qərar yerinə yetirilmir. Və biz çox yerdə bu cür malların açıq satışını görürük. Bazarlar burada ən geniş yayılmış istehlak hüquqlarını pozan yerlərdir.
Birmənalı şəkildə, qablaşdırılmış mal üzərindəki etiket istehlakçıya onun barəsində məlumat verir. Alıcı bilir ki, aldığı, istifadə edəcəyi məhsul nə vaxt istehsal olunub, son yararlılıq müddəti nə vaxt bitir. Ona görə də belə mallara üstünlük verilməlidir.
Açıq şəkildə, toyuq və toyuq hissələri satılır. Üzərində heç bir məlumat yoxdursa necə bilmək olar ki, son yararlılıq müddəti nə vaxt bitir? Alıcı mümkün qədər qablaşdırılmış məhsullara üstünlük verməlidir”.
E.Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi də bu məsələləri çoxdan həll etməli idi:
“Lakin çox təəssüf ki, AQTA bu kimi ödəmli və əhəmiyyətli problemlərin həllində maraqlı deyil. Bir başa qida ilə bağlı olan bu cür ödəmli məsələlər təxirə salınmamalı, gözardı edilməməlidir. Görünür AQTA-nn başı daha ödəmli işlərə qarışıb ki, qida ilə balı olan bu cür əhəmiyyətli məsələ yaddan çıxıb”.
Seçilən
17
2
yenilik.az

3Mənbələr