AZ

Səkkiz ayda DSMF-yə 322 mindən çox vətəndaş müraciət edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələri üzrə ümumilikdə 322 min 437 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 130 min 76-sı pensiya, 81 min 213-ü müavinət, 12 min 617-si Prezident təqaüdü, 62 min 485-i ünvanlı dövlət sosial yardımı, 8 min 444-ü fərdi uçot və sosial sığorta, 1 384-ü dövlət icbari şəxsi sığorta və 26 min 218-i isə digər istiqamətlərlə bağlı olub.

Seçilən
41
3
azertag.az

4Mənbələr