AZ

Nazpəri İlhamə Quliyevanın məzarını ziyarət etməsinin səbəbini açıqladı: "Narahat edirdi.."

Nazpəri İlhamə Quliyevanın məzarını ziyarət etməsinin səbəbini açıqladı: "Narahat edirdi.."Xalq artisti Nazpəri Dostəliyeva illərlə küsülü olduğu mərhum həmkarı İlhamə Quliyevanın məzarını ziyarət etməsinin səbəblərini açıqlayıb.

Xalq artisti Qaynarinfo-ya açıqlamasında İlhamə Quliyevanı hər gün yuxuda gördüyünü bildirib:

"Bu ölümlü-itimli dünyada mehriban olmaq lazımdır. Mehriban olaq, sənətkarlarımıza qiymət verək, bir-birimizlə yaxşı dolanaq, həyatda nə olursa-olsun bağışlamağı bacaraq. Tək İlhamə xanımın deyil, böyük xanəndəmiz Ağaxan Abdullayevin də qəbrinin üstünə getdim, onu da ziyarət etdim. Böyük sənətkarlarımızın qəbrini ziyarət etmək hər birimizin borcudur. Qoy, gələcək nəsil həyatda dünyasını dəyişən sənətkarlarımıza hörmət etməyi bacarsın. Məqsədim bu idi. İlhamə xanımn bacısı Gülbahar xanım studiyaya gəldi, öz minnətdarlığını bildirdi. Hər dəfə İlhamə xanım yuxularıma girirdi və bu məni narahat edirdi. Ona görə düşündüm ki, onun məzarını ziyarət edim. Allah ona qəni-qəni rəhmət eləsin".

Nazpəri Dostəliyeva İlhamə Quliyevanın tacını qəbul etməsinə də aydınlıq gətirib:

"Gülbahar xanım gətirdi, dedi ki, bu, mənim ürəyimdən gəlir. Dedi siz İlhamə xanımın sağlığında böyük əziyyət çəkdiniz və bu gün onun qəbirini ziyarət etdiniz. Düzü, mən tacı götürmürdüm, içimdən gəldi, çünki tez-tez yuxularıma girirdi. Bu üzdən də tacını götürdüm. Bacardıqca bir-birimizə yaxşılıq edək".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva illərlə küsülü olduğu həmkarı İlhamə Quliyevanın məzarını ziyarət edib. Bundan sonra Xalq artisti verilişlərin birində İ. Quliyevanın bacısı Gülbahar xanımla görüşüb. O, İlhamə Quliyevanın tacını Nazpəri Dostəliyevaya hədiyyə edib.

Seçilən
11
sonxeber.az

1Mənbələr