Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.
HİT.az Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə.-nin sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirməsində əsaslı şübhələr müəyyən edilib.
Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.