AZ

2026-cı il Azərbaycan Büdcəsi: Gəlirlər və Xərclər

2026-cı ildə Azərbaycan büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri isə 41 milyard 548,6 milyard manat təşkil edəcək. Xərclər ölkənin müdafiə qabiliyyətinə, iqtisadi təminatına, əhalinin sosial müdafiəsinə, əməkhaqqının yaxşılaşdırılmasına, pensiyaların, müavinətlərin, təqaüdlərin və dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin “2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri haqqında” məlumatında deyilir.

Məlumata görə, gələn il gəlirlər 2025-ci il üçün proqnozdan 0,2%, xərclər isə 0,3% çox olacaq.

Gələn il dövlət büdcəsinin kəsiri 3 milyard 125,6 milyon manat (2025-ci ilin göstəricisindən +2,4%) və ya ÜDM-in 2,3 faizi səviyyəsində proqnozlaşdırılır.

Dövlət rüsumları üzrə daxilolmaların 362 milyon manat (gəlirlərin 0,95%-i, 2025-ci ilin proqnozundan 7,2% aşağı) olacağı gözlənilir. Gömrük rüsumları üzrə daxilolmalar 1,818 milyard manat (gəlirlərin 4,7%-i, artım 0,45%) təşkil edəcək. Faydalı qazıntıların hasilatı vergisi 151 milyon manat (gəlirlərin 0,4 faizi, 5,6 faiz az), digər vergi daxilolmaları 201 milyon manat (gəlirlərin 0,5 faizi, 2,7 dəfə çox) proqnozlaşdırılır.

2026-cı ildə ƏDV daxilolmaları 9 milyard 184,8 milyon manata (gəlirlərin 23,9 faizi, artım 10,3 faiz) çatacaq ki, bunun da 4 milyard 434,8 milyardı Dövlət Vergi Xidməti (48,3 faiz), 4 milyard 750 milyonu Gömrük Komitəsi (51,7 faiz) təmin edəcək. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 2566,8 milyard manat (daxilolmaların 6,7 faizi, artım 29,05 faiz) təşkil edəcək. Dövlət Vergi Xidməti tərəfindən büdcəyə ümumilikdə 16,821 milyard manat vəsait daxil olacaq ki, bu da 2025-ci illə müqayisədə 8,5% çoxdur.

2025-ci ilin sonuna dövlət borcu 25 404,1 milyard manat, 2026-cı ilin sonuna isə 27 051,7 milyard manat təşkil edəcək. 2025-ci ildə xalis borclar 1976,1 milyard manat azalacaq, 2026-cı ildə isə 1647,6 milyard manat artacaq. Bu il borclara xidmət xərcləri 2 399,6 milyard manat, gələn il isə 2 457,6 milyard manat (artım 2,4 faiz) təşkil edəcək.

2026-cı ildə ümumi dövlət xidmətlərinə 5 776,5 milyon manat (artım 9,8%) xərclənməsi nəzərdə tutulur.

Azərbaycanın 2026-cı il icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65 dollar/barel səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, 2025-ci ildə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 70 dollar müəyyən edilib.

HANSI İSTİQAMƏTLƏRƏ XƏRCLƏR ÇOXALACAQ, HANSI XƏRCLƏR KƏSİLƏCƏK:

2026-cı ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8,7 milyard manat (5,1 milyard dollar) təşkil edəcək ki, bu da 2025-ci ilin proqnozundan 3,8% çoxdur.

2026-cı ildə Azərbaycanda təhsil xərcləri 4 milyard 985,8 milyon manat təşkil edəcək ki, bu da 2025-ci ilin proqnozundan 1 faiz çoxdur.

Kənd təsərrüfatına xərclər 1 milyard 92,1 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da cari proqnozdan 9,3 faiz azdır.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin “2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri haqqında” məlumatında deyilir.

Səhiyyənin maliyyələşdirilməsi 2 milyard 52,4 milyon manata (artım 2,95 faiz), ədliyyə, hüquq-mühafizə orqanları və prokurorluq orqanlarının xərcləri 3 milyard 553,6 milyon manata (artım 11,3 faiz) çatacaq.

Mənzil-kommunal təsərrüfatına 298,2 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 19,4 faiz azdır.

Ətraf mühitin mühafizəsi üçün 357,2 milyon manat (azalma 13,8 faiz) nəzərdə tutulub.

İqtisadi fəaliyyətə çəkilən xərclər 7 milyard 630,7 milyon manat təşkil edəcək ki, bu da bir il əvvəlkindən 9,75 faiz azdır.

Ümumi dövlət xidmətlərinin göstərilməsi üçün 5 milyard 776,5 milyon manat vəsait ayrılıb ki, bu da 2025-ci ilin proqnozunu 9,8 faiz üstələyir.

Dövlət Neft Fondundan (ARDNF) 2026-cı il dövlət büdcəsinə transfert 2025-ci ilin təsdiq edilmiş proqnozundan 11,95 faiz az olmaqla 12 milyard 750 milyon manat təşkil edəcək. Bu rəqəm büdcə gəlirlərinin 33,2 faizini təşkil edir ki, bu da cari ilin səviyyəsindən 4,6 faiz azdır.

Seçilən
19
anspress.com

1Mənbələr