AZ

Rumıniyada yüksək nəticələr qazanan karateçilərimiz vətənə dönüb - FOTO

Qocyu-ryu karate üslubu üzrə (idman karatesi - WKF qaydaları) XXI Avropa çempionatı və birinciliyində uğurlar qazanan Azərbaycan idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanıb.

İdman.biz xəbər verir ki, gənc karateçilərimizi federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə, idmançıların ailə üzvləri və idman azarkeşləri qarşılayıblar.

Rumıniyanın Timișoara şəhərində sentyabrın 10-14-də keçirilən yarışda, nümayəndə Nurlan Quliyevin rəhbərliyi altında iştirak edən komandamız yüksək nəticələrə imza ataraq üçrəngli bayrağımızı ucaldıb.

İdman.biz

Seçilən
12
2
idman.biz

3Mənbələr