AZ

Son bir ildə elektrikli avtobusların sayı artıb

BAKI, 16 sentyabr. TELEQRAF

Son bir ildə paytaxtın avtobus parkında elektriklə və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələrinin sayında əhəmiyyətli artım qeydə alınıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məluamata görə, 2024-cü ilin avqust ayında 30 elektrik avtobusu və 1115 CNG avtobusu fəaliyyət göstərirdisə, 2025-ci ilin avqustunda bu göstəricilər müvafiq olaraq 166 və 1337-yə yüksəlib.

Bununla yanaşı, dizel mühərrikli avtobusların sayı da ötən ilki göstəricdən - 3713-dən bu il 3731-ə qədər artıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr