AZ

Boşanmaq üçün ərindən 5 milyard tələb edir - FOTO

Türkiyənin ən zəngin ailələrindən olan Sabancılar yenidən qalmaqalla gündəmə gəlib.

Azreform.info xəbər verir ki, tanınmış biznesmen Əli Sabancı və Vuslat Doğan Sabancı 29 il davam edən evlilikdən sonra boşanmağa qərar verib.

Türkiyənin “Sabah” qəzeti Vuslat Doğan Sabancının boşanmaq üçün ərindən 5 milyard lirə (təx. 206 milyon manat) təzminat tələb etdiyini yazıb.

Qeyd olunur ki, yüksək məbləğ boşanma prosesini tərəflər üçün daha da çətinləşdirib.

Məlumata görə, bu rəqəm Əli Sabancının sərvətinin cəmi 12,5%-ni təşkil edir. Belə ki, təxminən 960 milyon dollarlıq xalis sərvətlə Türkiyənin 34-cü ən zəngin adamı olan Əli Sabancı bu təzminatı ödəsə, aktivlərinin təxminən 12,5%-ni itirəcək.

120 milyon dollarlıq təzminat rəqəmi böyük səslənsə də, Əli Sabancının ümumi sərvətini nəzərə aldıqda bu rəqəm həddindən artıq varlılar üçün adi hesab edilir.

Qeyd edək ki, Qərb ölkələrində bu faiz bəzən 25%-dən 50%-ə qədər ola bilər.

“Amazon”un qurucusu Ceff Bezos həyat yoldaşı Makkenzi Skotla boşanarkən 38 milyard dollar (sərvətinin təxminən 25%-ni), “Microsoft”un qurucusu Bill Qeyts isə 60 milyard dollardan çox sərvətin əhəmiyyətli bir hissəsini keçmiş yoldaşı ilə bölüşüb.

Billurə Yunus

Seçilən
0
2
azreform.info

3Mənbələr