ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats hərbçilərlə görüş əsnasında dilə gətirib. O vurğulayıb ki, ölkəsinin HƏMAS-dan tələbi yalnız sadaladığı məsələlərdir. "Bu tələblərdə könüllülükdən söhbət gedə bilməz. Onlar yerinə yetirməsələr, hücumun nəticəsində hamısını aradan götürəcəyik. Bu həm də əsirlərin azadlığa çıxarılması üçün fürsət yaradacaq", – nazir vurğulayıb. Məlumat üçün bildirək ki, İsrail Silahlı Qüvvələri bu gün hərbi əməliyyatları genişləndirərək, Qəzza şəhərinə doğru hücuma keçib. "Qəzza şəhərinə nəzarəti ələ keçirmək istəyirik, çünki bu, HƏMAS-ın əsas idarə simvoludur. Qəzza nəzarətə götürülərsə, onlar da dağılışacaqlar", – İsrael Kats söyləyib. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.