ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycanda, xüsusilə Bakıda küçə adları zaman-zaman müzakirələrə səbəb olur. Bəzi küçələrin adları mənasız hesab edilir, digər tərəfdən isə bir sıra tarixi şəxsiyyətlərin adları demək olar ki, nə məşhur küçələrdə, nə də metrostansiyalarda yer almayıb.Bu barədə Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, tarixi şəxsiyyətlərin adları mütləq şəkildə əbədiləşdirilməlidir:“Düşünürəm ki, bu çox ciddi məsələdir və biz bu barədə düşünməliyik. Küçə adları ilə bağlı müəyyən islahatlar aparılsa da, hələ də təkrar baxılması vacib olan məsələlər var. Küçə adları bizim həssas mövzularımızdan biridir. Bir sıra köhnə adlar dəyişdirilsə də, bəziləri hələ də qalır.Tarixi şəxsiyyətlərin yaddaşlarda həkk olunması üçün bu istiqamətdə addımlar atılmalıdır. Əgər hansısa tanınmış tarixi şəxsiyyətlərin adına küçələr mövcud deyilsə, bu məsələ mütləq nəzərdən keçirilməlidir. Biz mümkün qədər tarixi şəxsiyyətlərimizin adlarını əbədiləşdirməli, onların adına küçələr, meydanlar və digər məkanlar ayırmalıyıq”.Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.