Bakı. Trend:
Sentyabr bütün dünyada "Həyat Sığortası üzrə Maarifləndirmə Ayı"kimi qeyd olunur. Məqsəd insanların həyat sığortasının əhəmiyyətinidərk etməsinə, gələcəkdə gözlənilməz risklərdən qorunmasına vəailələrini maliyyə baxımından təmin etməsinə kömək etməkdir.
Həyat sığortası yalnız bugünkü deyil, həm də sabahkıtəhlükəsizliyə sərmayədir. O ailənizi gözlənilməz risklərdənqoruyur və gələcəyin daha inamlı planlaşdırılmasına imkanyaradır.
Bu gün ölkəmizdə müxtəlif həyat sığortası növləri mövcuddur.Bunlara misal olaraq, İcbari həyat sığortası, kredit həyatsığortası, uşaqlar və fərdi həyat sığortasını göstərə bilərik. Hərbir sığorta məhsulunun özünə uyğun xüsusiyyətləri və üstünlüklərivar.
“PAŞA Həyat Sığorta” olaraq, biz hər kəsi sığortamaarifləndirməsinə təşviq edir və hər kəsə həyat sığortasınınfaydaları barədə məlumatlanmağa dəvət edirik.