AZ

Tramp mətbuatı hədəf götürdü – 15 milyardlıq iddia 

ABŞ prezidenti Donald Tramp “New York Times” qəzetindən 15 milyard dollar tələb edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Tramp özünün “Truth Social” sosial media platformasında yazıb:

“New York Times”a çox uzun müddətdir ki, sərbəst şəkildə yalan danışmağa, ləkələməyə və böhtan atmağa icazə verildi və bu, indi dayanır!”

O, “New York Times”ın 2024-cü ildə keçirilən prezident seçkilərində digər namizəd Kamala Harrisi dəstəklədiyini vurğulayaraq, qəzetin “Radikal Sol Demokrat Partiyasının ruporuna” çevrildiyini söyləyib. Tramp əlavə edib ki, onun iddiası Respublikaçıların qalası olan Floridadan başlayıb.

Donald Tramp qəzetin seçkidə onun rəqibini dəstəkləməsinə etiraz edib. O, həmçinin digər media orqanlarını və ya televiziya proqramlarını “yüksək təkmil sənəd və vizual dəyişikliklər sistemi” vasitəsilə “böhtan atmaqda” ittiham edib. Bu, ABŞ prezidentinin qəzeti məhkəməyə vermək istədiyi ilk hal deyil. Qəzetin Trampın açıqlamasına mövqeyi çox da gecikməyib. Verilən açıqlamada bildirilib ki, uzun müddətdir ki, onun prezidentliyi üçün əlverişsiz olan sol təmayüllü media orqanlarına hücum edir.

2023-cü ildə də Tramp “New York Times” qəzetinə qarşı məhkəməyə iddia vermişdi. O zaman hakim iddianı rədd edərək “konstitusiya qanunu baxımından uğursuz olduğunu” açıqlamışdı.

Tramp həmçinin 2023-cü ildə onu Adolf Hitlerə bənzətdiyi iddiası ilə CNN-i məhkəməyə vermiş, federal hakim 475 milyon dollarlıq iddianı rədd etmişdi.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
35
1
musavat.com

2Mənbələr