AZ

Qarabağ ın rəqibinin heyətində dəyişiklik edilib

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"nin (İngiltərə) heyətində dəyişiklik həyata keçirilib. SİA London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanotte daxil edilib.

Portuqaliyanın U-21 millisinin heyətində zədələnən D.Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunub. Bu səbəbdən onun 20 yaşlı vingerlə əvəzlənməsinə qərar verilib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
sia.az

5Mənbələr