AZ

Tezliklə bu ölkənin ərazisi böyüyəcək – Gözlənilən oldu

İsrail ordusu Qəzza zolağında HƏMAS-ı tamamilə bölgədən çıxarmaq və bölgəyə nəzarəti tam ələ keçirmək məqsədilə havadan və qurudan genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Diqqətçəkən məqamlardan biri isə bu əməliyyatların ABŞ-ın dövlət katibi Marko Rubionun İsrailə səfəri fonunda baş verməsidir.

ABŞ bu əməliyyatların hansı hissəsində yer alır? İsrail Qəzzaya tam nəzarəti ələ keçirsə, ərazinin taleyi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu əməliyyatlar birbaşa ABŞ-ın Prezidenti Donald Trampın dəstəyi ilə həyata keçirilir:

“Ərəb ölkələri və ABŞ arasında əldə olunan razılaşmaya əsasən, İsrailə qarşı hər hansı ciddi addım atılmayacaq. İsrail və HƏMAS arasında keçirilən danışıqlar sadəcə imitasiya xarakteri daşıyırdı. Növbəti mərhələdə Qəzzanın İsrail ərazisinə birləşdirilməsi də istisna edilmir”.

Politoloq qeyd edib ki, İsrail ordusu güclü bombardmana start verib:

“Bu genişmiqyaslı əməliyyatlardan sonra HƏMAS-ın Qəzzada fiziki mövcudluğu mümkün görünmür. 2023-cü il 7 oktyabrda baş verən hadisələr də məhz Qəzzanın sonrakı mərhələdə İsrailin tərkibinə daxil edilməsi planının tərkib hissəsi idi.

Artıq Yaxın Şərqdə HƏMAS və “Hizbullah” kimi silahlı təşkilatlar fiziki olaraq məhv edilir. Bu, böyük bir dövrün bağlanması hesab oluna bilər”.

Seçilən
18
2
turkustan.az

3Mənbələr