AZ

Yeni qərar: Onlar da vergi verəcəklər

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Fransa hökuməti 2026-cı ildən etibarən bəxşişlərin (“çayvoy”) vergiyə cəlb olunmasına hazırlaşır. 

Bu qərar xüsusilə restoran və otel sektorunda çalışanlar arasında böyük narazılıqla qarşılanıb.

"Cebheinfo.az" xəbər verir ki, Fransada koronavirusdan sonra dəstək məqsədilə tətbiq edilən və minimum əməkhaqqının 1,6 qatına qədər gəlir əldə edən işçiləri əhatə edən bəxşiş vergisi istisnası 2025-ci il dekabrın 31-də sona çatacaq. Yeni tənzimləmə ilə birlikdə müştərilərin verdiyi bəxşişlər də vergiyə cəlb olunacaq.

Ölkənin ən böyük restoran və otelçilik birliyi olan UMIH-in rəhbəri Tyerri Marks bu tənzimləməni “təbəssüm vergisi” adlandırıb. Marks bahşişlərə vergi qoyulmasının həm işçilərin alıcılıq qabiliyyətini azaldacağını, həm də sektorda kadr çatışmazlığını daha da dərinləşdirəcəyini vurğulayıb.

UMIH tərəfindən keçirilən sorğuya görə işəgötürənlərin 92 %-i, işçilərin isə 81 %-i bəxşişlərin vergiyə cəlb olunmasına qarşı çıxır. Sorğuda iştirak edənlərin 41 %-i belə bir tətbiq qüvvəyə minərsə peşələrini tərk etməyi düşünəcəklərini bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
cebheinfo.az

2Mənbələr