AZ

Tramp: Bu səhər mənim əmrimlə narkotik qayığını vurduq!

ABŞ prezidenti Donald Tramp Venesueladan çıxan narkotik yüklü qayıqda olan 3 nəfərin beynəlxalq sularda öldürüldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social hesabında ABŞ qüvvələrinin Venesueladan yola düşən qayığı vurması ilə bağlı aşağıdakı məlumatları paylaşıb:

"Bu səhər mənim əmrimlə ABŞ hərbi qüvvələri SOUTHCOM-un məsuliyyət zonasında qeyri-adi şiddətli narkotik ticarəti kartelləri və narkoterrorçular kimi müəyyən edilənlərə qarşı ikinci kinetik zərbə endirdi."

Tramp bəyan edib ki, Venesueladan olan “narko-terrorçular” beynəlxalq sularda narkotik daşıyarkən ABŞ-a doğru hərəkət edərkən “üç kişi terrorçu” öldürülüb və ABŞ qüvvələrinə heç bir zərər dəyməyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
1
turkustan.az

2Mənbələr