AZ

Ukrayna An-70 təyyarəsini Polşaya göndərdi

Ukrayna özünə məxsus yeganə An-70 hərbi-nəqliyyat təyyarəsini Polşaya göndərib.

Editor.az xəbər verir ki, bu 2022-ci ildə Rusiyanın başladığı müharibədən sonra təyyarənin ilk məlum uçuşu olub. Məlumatı hərbi analitiklərə istinadən Militarnyi yayıb.

Monitorinq platforması Polish Military Radar xəbər verir ki, 15 sentyabr tarixində bort nömrəsi 02 (“mavi”) olan An-70 Ukraynadan qalxaraq Polşa hava məkanına daxil olub. Flightradar24 məlumatına görə, təyyarə transponderi yalnız Polşa üzərində açıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr