AZ

"Ford" 70 ildən sonra qərargahını dəyişir

"Ford" şirkəri qərargahını köçürdüyünü açıqlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Miçiqan ştatının Dirborn şəhərindəki Şüşə Ev kimi tanınan bina 1956-cı ildən avtomobil istehsalçısı tərəfindən istifadə edilib. Bina növbəti il ​​yarım ərzində istismardan çıxarılacaq və söküləcək.

Ümumi sahəsi 9000 kvadrat futdan çox olan köhnə qərargahda 12 mərtəbədə 2000 işçi üçün konfrans otaqları və iş yerləri, həmçinin təxminən 6,5 min kvadrat futluq lobi və kafe var.

Keçən əsrin ortalarında “Şüşə ev” ABŞ-da bir şirkət tərəfindən istifadə edilən ən böyük ofis binalarından biri idi.

Seçilən
1
2
avtosfer.az

3Mənbələr