“Qəbələ” gənc futbolçusu Salihu Nasiru FİFA U-20 Dünya Çempionatında iştirak edəcək.
Operativ Media xəbər verir ki, 18 yaşlı futbolçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.
Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.