AZ

Donald Tramp “The New York Times”a qarşı 15 milyard dollarlıq məhkəmə iddiasını açıqlayıb  

Onun sözlərinə görə, nəşr

onilliklər ərzində “sevimli prezidentiniz haqqında yalan danışır”

ABŞ Prezidenti

Donald Tramp “The New York Times” qəzetini böhtan və təhqirə görə məhkəməyə 15

milyard dollarlıq iddia vermək qərarına gəldiyini açıqlayıb.

“Bu gün mən “The

New York Times”-a qarşı 15 milyard dollarlıq böhtan və təhqirlə bağlı 15

milyard dollarlıq məhkəmə iddiası verməkdən böyük şərəf duyuram” - deyə o, Truth

Social social şəbəkəsində  yazıb.

Tramp  bu qəzeti “ölkəmizin tarixində ən pis və tənəzzülə

uğramış qəzetlərdən biri” hesab edir.

Prezidentin  dediyinə görə, nəşr “sevimli prezidentiniz (mən!),

mənim ailəm, biznesim, “Amerikanı yenidən möhtəşəm edin” hərəkatı və bütövlükdə

ölkəmiz haqqında onilliklər boyu yalan danışır”.

Ağ Evin rəhbəri

hesab edir ki, “The New York Times” “radikal sol Demokrat Partiyasının

ruporudur”.

İddiaya Florida ştatında baxılacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr