Dünyaca məşhur Amerika aktyoru, rejissor və prodüser Robert Redford 89 yaşında vəfat edib.
Məlumatı "The New York Times" yayıb.
Bildirilir ki, Redford sentyabrın 16-da səhər tezdən Yutadakı evində vəfat edib.
Robert Redfordun ən məşhur aktyorluq işləri arasında "Vəhşi Qərb" qanqsterlərindən bəhs edən "Butch Cassidy and the Sundance Kid" (1969) filmindəki rollar və Uotorgeyt qalmaqalında baş verən hadisələrə əsaslanan "Bütün Prezident heyəti" (1976) dramındakı rollar daxildir.
Robert Redford "The Sting" (1973) filmindəki roluna görə Oskar mükafatına namizəd olsa da, yalnız debüt filmi olan "Odinary People" (1981) dramına görə rejissor kimi Oskarı qazanıb.
1981-ci ildə "Redford Sundance" Beynəlxalq Film Festivalını idarə edən Sundance İnstitutunu təsis edib.