AZ

İtaliya rəsmisi: Qəzzada atəşkəs prosesini sürətləndirməliyik

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Roma, 16 sentyabr, AZƏRTAC

Qəzzada atəşkəs prosesini sürətləndirməliyik. Bu məsələni həll etmək asan olmayacaq, amma biz bunu etməliyik.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

O bildirib ki, ölkəsi ərəb ölkələrinin və Misirin həll yolunu dəstəkləyir. “Qəzzaya hücumun əleyhinəyik. Bu, mülki şəxslər üçün risk yaradır. Əlbəttə ki, HƏMAS-ın girovları canlı qalxan kimi istifadə etdiyinə görə yox, İordan çayının qərb sahilinin bir hissəsinin işğalına qarşıyıq”, - deyə o diqqətə çatdırıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

4Mənbələr