AZ

Ukrayna kəşfiyyatının qətlə yetirdiyi sabiq deputat: İz Əmirxanyana gedib çıxdı

Moskva vilayətinin məhkəməsi Ali Radanın keçmiş deputatı İlya Kivanın qətli ilə bağlı iş adamı Arayik Əmirxanyanı həbs edib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Moskva vilayətinin məhkəməsi Kivanın qətli işi kontekstində Əmirhanyan barəsində həbs qətimkan tədbiri seçib", - istintaqın gedişi ilə tanış olan agentlik mənbəsi bildirib.

Qeyd edək ki, Əmirhanyan rüşvət işi ilə bağlı artıq həbsdədir.

Yayın əvvəlində o, cərimə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Kivanın meyiti 2023-cü il dekabrın 6-da Moskva vilayətinin Suponevo kəndində tapılıb, qətl işi açılıb. İlkin istintaqın məlumatına görə, axşam saatlarında kottec kəndlərindən birinin parkında naməlum şəxs siyasətçiyə atəş açıb, o, yerindəcə keçinib.

Seçilən
8
publika.az

1Mənbələr