AZ

Qazaxıstanda qız qaçırılması na görə cəza sərtləşdirilib

ain.az, Oxu.az saytına istinadən bildirir.

Sentyabrın 16-dan Qazaxıstanda Cinayət Məcəlləsinin adam oğurluğu maddəsinə edilən dəyişiklik qüvvəyə minir. İndi "qız qaçırılması" və nikaha məcbur etməyə görə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və iki ilədək həbs cəzası nəzərdə tutulur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarədən qeyd edilib ki, buna qədər oğurlanan qızı könüllü azad edən kişi cinayət cəzasından yayına bilərdi. İndi cinayətkarların belə imkanı yoxdur. Cinayəti törədən şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

Cinayət ağır nəticələrə səbəb olduqda, təqsirləndirilən şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Zorakılıq tətbiq etməklə adam oğurluğu, uşaq və yeniyetmələri oğurlama, cinayət bir qrup şəxs tərəfindən və ya vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə daha ağır cəza nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
oxu.az

4Mənbələr