AZ

Dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır

Müasir dövrdə nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur.

Publika.az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının Dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxışında deyib.

Onun sözlərinə görə, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinə qarşı terror və vandalizm hallarını qətiyyətlə pisləyir:

"Dünyanın bütün qaynar nöqtələrində, xüsusən, Yaxın Şərqdə, Qəzzada günahsız insan qırğınına səbəb olan qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsıq miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq".

Seçilən
20
2
publika.az

5Mənbələr