AZ

Prezident İlham Əliyev: Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub

BAKI, TurkicWorld

Bizim əlaqələrimiz (Birləşmiş Ərəb Əmirlikləri – red.) qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşündə deyib.

İmzalanmış hər bir sənədin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: "Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir".

Seçilən
20
16
turkic.world

10Mənbələr