ABŞ Prezidenti Donald Tramp bildirib ki, görünür, yaxın vaxtlarda Ukrayna və Rusiya liderləri ilə bir masa arxasında görüşməli olacaq.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq regionda davam edən münaqişənin həlli üçün vacibdir. Tramp vurğulayıb ki, tərəflər arasında kompromis tapmaq asan olmayacaq, lakin Birləşmiş Ştatlar sülh prosesində aparıcı rol oynamağa hazırdır.
“Dünya artıq uzun müddətdir bu müharibədən əziyyət çəkir. Məncə, nə Zelenski, nə də Putin bu vəziyyətin uzanmasında maraqlı deyil. Ola bilsin ki, tezliklə hamımız bir masa arxasında oturmalı olacağıq”, – deyə Tramp qeyd edib.
Amerikanın hazırkı liderinin bu bəyanatı beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Ekspertlər hesab edirlər ki, Vaşinqtonun vasitəçiliyi münaqişənin diplomatik yolla həllinə yeni impuls verə bilər.