AZ

AQTİ peşəkar qiymətləndirmə və məsləhət xidmətlərini davam etdirir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində dəstəyini davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əsas hədəf istehlakçıların sağlamlığının qorunması, eyni zamanda, sahibkarlara qida təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun fəaliyyətin qurulmasında dəstək göstərilməsidir.

“Bazarstore” marketlər şəbəkəsinin filialında aparılan konsaltinq xidmətləri çərçivəsində müəssisənin “Qida təhlükəsizliyi haqqında” Qanun və digər normativ sənədlərə uyğun fəaliyyəti, eləcə də xammalın qəbulundan hazır məhsulun satışına qədər bütün mərhələlərdə sanitar-gigiyenik və sanitar-texniki normalara riayət edilməsi diqqətlə yoxlanılır.

AQTİ-nin mütəxəssisləri müəssisədaxili prosesləri hərtərəfli qiymətləndirərək HACCP və izlənilmə sistemlərinin tətbiq vəziyyətini araşdırır. Aparılan yoxlamalar nəticəsində aşkarlanan uyğunsuzluqlar və potensial risklər barədə məlumatlar verilir, onların aradan qaldırılması üçün konkret tövsiyələr təqdim olunur.

İnstitut həmin fəaliyyətlə qida təhlükəsizliyi standartlarının ölkə üzrə tətbiqinin genişləndirilməsinə, istehlakçılar üçün təhlükəsiz məhsul təminatına və sahibkarlıq subyektlərinin məsuliyyətli iş praktikasına dəstək verməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azertag.az

2Mənbələr