AZ

Azərbaycan parlamentinin nümayəndə heyəti Malayziyada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 16-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a verilən məlumata görə, Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Sahibə Qafarovanın sessiyada çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

  • Azərbaycan
  • Azərbaycan
Seçilən
12
4
xezerxeber.az

10Mənbələr