AZ

Estoniyanın “Qarabağ” komandası EuroCup turnirində iştirak edəcək (FOTO)

Bakı. Trend:

Estoniyada fəaliyyət göstərən “FC Qarabağ Tallinn” mini-futbolkomandası Bolqarıstanın Sofiya şəhərində keçiriləcək beynəlxalqEuroCup turnirinə qatılacaq. 24–28 sentyabr tarixində baş tutacaqbu yarışa komanda ciddi şəkildə hazırlaşır.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, klubun idman direktoru Elnur Vəliyev turnirdəiştirakın həm komandanın Avropa səviyyəsində tanınması, həm dəEstoniyada yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətəinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını deyib.“Turnirin səviyyəsini və bizi gözləyən rəqabəti yaxşı dərk edirik.Futbolçular Estoniyanı və Avropadakı azərbaycanlı icmamızılayiqincə təmsil etmək üçün əzmlə hazırlaşıblar”, – deyə obildirib.

“FC Qarabağ Tallinn” komandası D qrupu üzrə ZEL Degson(Slovakiya), Karpati Ujhorod (Ukrayna) və Raykommers (Bolqarıstan)komandaları ilə qarşılaşacaq.

Bu oyunlar pley-off mərhələsinə vəsiqə üçün həlledici olacaq.Turnirdə iştirak “FC Qarabağ Tallinn” üçün beynəlxalq arenadaönəmli bir mərhələ sayıla bilər. Klubun məqsədi yalnız idman uğurudeyil, həm də azarkeşləri bir araya gətirərək unudulmaz anlaryaşatmaqdır.

“FC Qarabağ Tallinn” mini-futbol komandasının səfəri AzərbaycanDiasporuna Dəstək Fondunun dəstəyi ilə gerçəkləşib.

“FC Qarabağ Tallinn” komandası EuroCup turnirində iştirakıbarədə Estoniya yerli mətbuatında məqalə dərc olunub:

Эстонская команда примет участие в EuroCup по мини-футболу вБолгарии - Delfi RUS

Estoniyanın
Estoniyanın
Seçilən
16
4
az.trend.az

6Mənbələr