ain.az, Azpost saytına istinadən bildirir.
ABŞ prezidenti Tramp Zelenski və Putin danışıqları zamanı onlarla eyni otaqda oturmalı olacağını deyib.
AzPost bildirir ki, prezident açıqlamasında deyib ki, Rusiya və Ukrayna prezidentləri bir-birinə nifrət edir.
“Bu iki insan -Zelenski və Putin bir-birlərinə nifrət edirlər. Ona görə də təkbətək görüşə bilməyəcəklər, mən onlarla bir otaqda oturmağa məcbur olacağam. Aralarında həddən artıq nifrət var. Amma biz çox şeyə nail olduq”, – o deyib.
Amerika prezidenti əlavə edib ki, Zelenski münaqişənin həlli üçün sövdələşməyə getməlidir və Avropa Rusiya neftini almağı dayandırmalıdır.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.