AZ

Avropa Komissiyası Gürcüstana sanksiya tətbiq edə bilər

Avropa Komissiyası (AK) Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi imkanlarını öyrənir və vizasız rejimin dayandırılmasını nəzərdən keçirir.

Bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper keçirdiyi brifinqdə deyib.

“Biz demokratiyanın kəskin geriləməsi ilə əlaqədar Gürcüstan hakimiyyətinə daha çox təzyiq göstərmək üçün müxtəlif variantları nəzərdən keçirməyə davam edirik”, - deyə Hipper bildirib.

Hipper qeyd edib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətinə təzyiqin müxtəlif variantlarını, o cümlədən iqtisadi sanksiyalar və ölkə vətəndaşlarının hərəkət azadlığının məhdudlaşdırılmasını nəzərdən keçirir.

Seçilən
13
aznews.az

1Mənbələr