AZ

Tramp jurnalistə ƏSƏBLƏŞDİ: Sərt cavab verdi – VİDEO

Tramp jurnalistə sərt cavab verib.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp mətbuat konfransında jurnalistin sualına sərt reaksiya göstərib.

Avstraliyadan olan jurnalist Trampın prezident vəzifəsini icra edərkən aktiv biznes fəaliyyəti ilə məşğul olub-olmamasını soruşub.

Tramp suala əsəbiləşərək cavab verib:

“Mən bizneslə məşğul olmuram, bununla uşaqlarım məşğuldur. Siz hardansınız?”.

Jurnalist özünü təqdim etdikdə, Tramp əlavə edib:

“Siz indi Avstraliyaya çox zərər verirsiniz. Mən bunu sizin liderinizə deyəcəyəm”.

Jurnalist üzr istəməyə çalışsa da, Tramp sözünü kəsərək qısa şəkildə “Susun” cavabını verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
50
interpress.az

10Mənbələr