15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı davam edir. 

Offsideplus.az xəbər verir ki, yığmamız ilk yoxlama oyununa çıxıb. U-15 komandamız Monteneqronun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.