Qazaxıstanda insan oğurluğu və məcburi nikahla bağlı qanun sərtləşdirilib.
Qazaxıstanda insan oğurluğu və məcburi nikahla bağlı qanunvericiliyə dəyişikliklər edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat verilib.
Əvvəllər əgər oğru girovu könüllü azad edirdisə, onu cinayət məsuliyyətindən azad etmək mümkün idi. Lakin indi cinayətkar “hər bir halda qanuna uyğun olaraq məsuliyyət daşıyacaq”.