Adil Şükürov "Kəpəz"in düşərgəsindən uzaq düşüb.
"Araz Naxçıvan"a məğlubiyyətdən sonra çalışdırıcı rəhbərlik tərəfindən Bakıya çağrılıb.
Tərəflər arasında mövcud durum barədə danışıqlar aparılıb.
Şükürovdan ardıcıl məğlubiyyətlərin hesabatı soruşulub.
48 yaşlı mütəxəssisin paytaxtda olması səbəbindən bölgə klubunu məşqlərə köməkçi məşqçilər çıxarıb.
Xatırladaq, Gəncə təmsilçisi arxada qalan 4 turda məğlub olub.
Qarşıdan isə "Qəbələ" ilə vacib oyun gəlir.
XANOĞLAN / SPORTİNFO.AZ