AZ

Rusiya Ukrayna döyüşləri yenidən şiddətlənib

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 15-də Rusiya və Ukrayna arasında 208 döyüş baş verib, ən çox toqquşma Pokrovsk istiqamətində (54 dəfə) qeydə alınıb.

Milli.Az xəbər verir ki, Ukrayna ordusu son sutkada Rusiya tərəfdən 910 hərbçini zərərsizləşdirib, 5 zirehli texnika məhv edilib. Kiyev vilayəti və Zaporojyeyə raket zərbələri endirilib, nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 2 "R18" dronunun vurulduğunu, Kupyansk-Xarkov istiqamətində isə 5 km-lik irəliləyiş əldə olunduğunu açıqlayıb.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketinin təqdimatı təxirə salına bilər. ABŞ dövlət katibi Marko Rubio isə Donald Trampın yaxın günlərdə Zelenski ilə görüşə biləcəyini bildirib.

Asya

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
news.milli.az

2Mənbələr