Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Ayntraxt Frankfurt” – “Qalatasaray” oyununun hakim təyinatı açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü italiyalı referi Marko Quida idarə edəcək.
“Qalatasaray” Almaniya səfərində qələbə qazanaraq turnirdə iddiasını davam etdirmək, “Ayntraxt Frankfurt” isə doğma meydanda üstünlüyünü qorumaq niyyətindədir.
Qeyd edək ki, matç 18 sentyabr saat 23:00-da start götürəcək.
Kamil Xudiyev