Hamburq Regional Məhkəməsi Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozduğuna görə sahibkarı 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, DPA agentliyinin məlumatına görə, Özbəkistanda anadan olmuş 46 yaşlı Almaniya vətəndaşı, hakimlərin fikrincə, 2022-ci ilin noyabrından 2024-cü ilin fevralına qədər Rusiya Federasiyasında alıcılara müxtəlif elektron komponentlər, o cümlədən ştepsellər, açarlar, gücləndiricilər, ümumilikdə 850 min avroya çatdırıb.
Malların köçürülməsi və ödənişin Honq-Konq vasitəsilə həyata keçirildiyi iddia edilir. Məhkəmənin apreldə baxmağa başladığı işdə daha 4 nəfərə müxtəlif müddətlər verilib.
44 yaşlı Rusiya vətəndaşı təxminən üç il, 46 yaşlı Almaniya vətəndaşı isə üç il müddətinə azadlıqdan məhrum edilib. 38 yaşlı alman qadın və 55 yaşlı “rus alman” şərti cəza alıb.
Hökm hələ qanuni qüvvəyə minməyib. Hər beş şəxs 20-dən çox iş üzrə Almaniyanın Xarici Ticarət Qanununu pozmaqda ittiham olunub.