AZ

TEKNOFEST İstanbul başlayır! – Qaliblərə fantastik məbləğdə pul mükafatı veriləcək 

Türkiyə Milli Texnologiya Hərəkatının möhtəşəm səhnəsi olan– TEKNOFEST, sentyabrın 17–21-də İstanbulda baş tutacaq.
Ulusal.az xəbər verir ki, artıq 13-cü dəfə keçirilən festival beş gün ərzində texnologiya müsabiqələri, aviaşoular, konsertlər, təcrübə zonaları, sərgilər, ustad dərsləri və daha bir çox maraqlı tədbirlərlə ziyarətçiləri qarşılayacaq
TEKNOFEST – dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı – Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə təşkil olunur və texnologiya həvəskarlarını bir daha İstanbulda bir araya gətirir! İndiyədək təxminən 11 milyon qonağı qarşılayan festival bu il də milyonları elmin, texnologiyanın və innovasiyanın həyəcanı ilə birləşdirəcək. Sentyabrın 17–21-də Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST İstanbul innovasiya yönümlü yarışlardan nəfəskəsici aviaşoulara qədər texnologiya ilə həyəcanı birləşdirən geniş tədbirlərə ev sahibliyi edəcək.

Strateji sahələrdə texnoloji inkişafı dəstəkləyən yarışlarla gələcəyə qapı açılır
Kritik texnologiyaların inkişafına dəstək verən kateqoriyaları ilə seçilən TEKNOFEST İstanbul 58 əsas və 137 alt kateqoriya üzrə yarışlara ev sahibliyi edəcək. İlkin mərhələləri keçən komandalar 85 milyon TL-dən çox maliyyə dəstəyi əldə edəcək, qaliblər isə ümumilikdə 65 milyon TL-dən artıq mükafatla təltif olunacaq. Bu il müsabiqələrə 565 min komanda və 1,1 milyon iştirakçı müraciət edib. Yarışlar tələbələrin, sahibkarların və texnologiya həvəskarlarının ideyalarını reallaşdırmaq, elmi və texnologiyanın gələcəyini formalaşdırmaq üçün bir araya gəlməsinə imkan yaradacaq.

Göydə həyəcan, yerdə sevinc: TEKNOFEST İstanbul başlayır!
Uşaqlardan gənclərə, ailələrdən texnologiya həvəskarlarına qədər hər kəs üçün festival beş gün unudulmaz anlar yaşadacaq. Ziyarətçiləri nəfəskəsici aviaşoular, həyəcanverici konsertlər, maarifləndirici sərgilər və ustad dərsləri, interaktiv simulyasiya zonaları, ulduzlara səyahət imkanı verən planetarium, elmi şoular, texnologiyanın keçmişini və bu gününü əks etdirən “TEKNOFEST Zaman Tuneli”, Türkiyənin milli istehsalı olan quru, dəniz və hava nəqliyyat vasitələrinin sərgiləri, yarmarkalar və məktəblilər üçün xüsusi “ilk uçuş” təcrübələri gözləyir.

Türk Rokunun güclü səsi Kıraç TEKNOFEST İstanbul səhnəsində!
Sentyabrın 19-da festivalda unudulmaz musiqi gecəsi baş tutacaq. Tanınmış türk rok ifaçısı Kıraç saat 19:00-da səhnəyə çıxaraq öz güclü səsi və unikal ifaları ilə pərəstişkarları ilə görüşəcək. Enerjili səhnə performansı ilə tanınan Kıraç elmlə və texnologiya ilə dolu mühitə musiqinin sehrini qatacaq.

Milli texnologiyanın qanadları İstanbul səmasında!
Sentyabrın 17–21-də Atatürk Hava Limanı möhtəşəm aviasiya və müdafiə sənayesi aviaşoularına şahidlik edəcək. Festivalda SOLOTÜRKTürk Ulduzları göydə rəqs edəcək, F-16 qırıcıları sürət və gücün sərhədlərini aşacaq. ATAK helikopteri çevikliyi ilə, Hürkuş isə orijinal dizaynı ilə diqqət çəkəcək. Festivalın ulduzları arasında Anka yüksək texnologiyanı nümayiş etdirəcək, Bayraktar TB2 və TB3 müşahidə qabiliyyətləri ilə fərqlənəcək, güclü yükdaşıma imkanına malik Bayraktar Akıncı isə Türkiyənin aviasiya vizyonunu qürurla əks etdirəcək.

TEKNOFEST İstanbul-a giriş tamamilə pulsuzdur.
Lakin ziyarətçilər festival ərazisinə daxil olmaq üçün onlayn qeydiyyatdan keçməlidirlər. Giriş hər gün saat 09:00-dan 19:00-dək açıq olacaq. Nəqliyyat sıxlığını azaltmaq və daha rahat gediş-gəliş üçün ziyarətçilərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Seçilən
35
moderator.az

1Mənbələr