AZ

Sabah Aİ İsrailə qarşı iqtisadi tədbirlərini təqdim edəcək - YENİLƏNİB

Avropa Komissiyası sabah İsrailə təzyiq göstərilməsi üçün bir sıra tədbirlərini açıqlayacaq.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında deyib.

“İsrailin Qəzzaya quru əməliyyatı onsuz da ağır olan vəziyyəti daha da pisləşdirəcək. Daha çox ölümə, daha çox dağıntıya və daha çox insanın didərgin düşməsinə səbəb olacaq. Sabah Avropa Komissiyası İsrail hökumətini Qəzzada izlədiyi siyasəti dəyişməyə vadar etmək üçün bir sıra tədbirlər təqdim edəcək”, - Kallas bildirib.

***

15:09

Avropa komissarları sabah Qəzzadakı hərbi əməliyyatlarla əlaqədar olaraq İsrailə sanksiyaların tətbiq edilməsi ilə bağlı razılığa gələcək.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinho bəyan edib.

“Sabah komissarlar İsrailə qarşı tədbirlər paketi qəbul edəcək. Spesifik olaraq Avropa İttifaqı və İsrail arasında razılaşmalarda ticarətlə bağlı müəyyən bəndlərin icrasının dayandırılması təklif ediləcək”, - Pinho bildirib.

Seçilən
3
apa.az

1Mənbələr