Ajans.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Laricaninin Səudiyyə Ərəbistanının yüksək rütbəli rəsmiləri, o cümlədən müdafiə naziri Xalid bin Salman Əl Səudla görüşləri gözlənilir. Gündəliyə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi daxildir.
İran nümayəndəsinin səfəri Səudiyyə Ərəbistanının müdafiə nazirinin aprel ayında Tehrana səfərindən sonra həyata keçirilir.