AZ

Bakıda sürücülər avtomobilsiz neçə gün qala bilərlər? SORĞU VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtda “Avropa Mobillik Həftəsi” çərçivəsində 1 həftə ərzində “Avtomobilsiz gün” təşkil olunur.

Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verib.

Bildirilib ki, bu gündən etibarən başlayan tədbir sentyabrın 22-nə qədər davam edəcək. Tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq.

Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır.

Avtosfer.az paytaxt sürücülərinin bu barədə fikirlərini də öyrənib. Bəzi sürücülər avtomobilsiz günün daha yaxşı olduğunu, ictimai nəqliyyat vasitələrinin daha rahat olduğunu desələr də digərləri uzun müddət avtomobil istifadə etdikləri üçün bu təşəbbüsün onlar üçün çətinlik yaranacağını ehtimal ediblər. Xüsusilə övladlarını məktəbə və ya bağçaya aparmalı olan sürücülər qeyd ediblər ki, ictimai nəqliyyatdan istifadə etməkdə müəyyən problemlər, gecikmələr yaranır.

Sorğuda iştirak edən sürücülərin bir qismi isə belə aksiyaların əslində faydalı olduğunu, həm ekoloji, həm də yol təhlükəsizliyi baxımından vacib təşəbbüs sayılacağını vurğulayıb.

Sorğunun görüntülərini təqdim edirik:

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
avtosfer.az

1Mənbələr