AZ

Şagirdlər arasında mübahisə ölümlə nəticələndiVİDEO

Məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, Hadisə Cəlilabadın Xəlilabad kəndində baş verib.

Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə bıçaq xəsarətləri alıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.

"Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib. Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır" - deyə açıqlamada qeyd olunub. 

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
35
xezerxeber.az

1Mənbələr