AZ

Taliban “Wi-Fi”ı qadağan etdi


Əfqanıstanda hakim Taliban hərəkatının lideri Hibətullah Axundzadə “əxlaqsızlığın qarşısını almaq” üçün əyalətlərdən birində “Wi-Fi”ı qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” administrasiya rəsmisinə istinadən məlumat yayıb.
Bu, Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk belə qadağadır. Bu qərara görə, mobil internet işləməkdə davam etsə də, ölkənin şimalındakı Bəlx əyalətində dövlət qurumları, özəl sektor, dövlət idarələri və yaşayış binaları “Wi-Fi”dan məhrum olub.
Əyalət hökumətinin sözçüsü Hacı Attaullah Zayed bildirib ki, lider Axundzadənin göstərişi ilə Bəlxdə artıq kabel interneti yoxdur:
“Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün atılıb və ehtiyacları ödəmək üçün ölkədə alternativ hazırlanacaq”.
Seçilən
7
3
yeniavaz.com

3Mənbələr