İspaniyanın "Atletiko" klubunun iki futbolçusu İngiltərədə "Liverpul"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununu buraxacaq.


Rekord.az xəbər verir ki, hücumçu Xulian Alvares və yarımmüdafiəçi Conni Kardoso sözügedən matçda meydana çıxmayacaq. 


Hər iki oyunçunun adı zədə səbəbindən görüşün iştirak ərizəsinə salınmayıb.


Qeyd edək ki, "Liverpul" - "Atletiko" oyunu sentyabrın 17-də. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.