AZ

Fərid Cəfərov yüksək posta gətirilir

Yaxın günlərdə hökumətdə kadr dəyişikliyi gözlənilir.

Tribunainfo.az  xəbər verir ki, bu dəyişiklik Azərbaycan Dövlət Turizm Agentliyində baş verəcək.Belə ki, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev vəzifəsindən azad ediləcək. Onun yerini isə 2023-cü ildə Mədəniyyət nazirinin müavini təyin edilmiş Fərid Cəfərov tutacaq.Fuad Nağıyevin hansı posta layiq görüləcəyi isə sual altındadır. Mənbələr bu barədə məlumatsız olduqlarını bildiriblər.

Qeyd edək ki, Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin məzunudur. Elə həmin universitetin eyni fakultəsində magistr təhsili alıb.

Mədəniyyət nazirinin müavini postuna çəkilənə qədər isə XİN-də çalışıb. Bir müddət Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi işləyib.

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub. 2017-ci ilin yanvar ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

13 mart-2018-ci ildən 13 may 2023-cü ilə qədər Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
7
olaylar.az

8Mənbələr