"Barselona" klubu növbəti ev oyununu da "Kamp Nou"da keçirə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onlar La Liqanın 5-ci turunda "Xetafe"ni "Estadi Yohan Kroyff" stadionunda qəbul edəcək. Bu meydança 6000 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, katalonlar hələ də stadiona qayıtmaq üçün rəsmi icazəni ala bilməyib. Onların stadion yenidənqurması xeyli yubanıb.